Qan damlatsan, can bitər
İstanbulda bizi – bir qrup Azərbaycan ziyalısını “Zaman”qəzetinin redaksiyasına dəvət etmişdilər. Xalqımızın, torpa -ğımızın ağrılı-acılı taleyindən qızğın və göynərtili söhbətlərgedirdi. Qəzetin baş redaktoru Nacib Tosun“Azərbaycantorpağına qan damlatsan can bitər”, – deyib ağladı. Ürəklərititrədən bu mənzərədən hamının gözləri yaşardı. Bu unudulmazgörüşdən mənə kövrək misralar yadigar qaldı.
Gözəl dedin, arkadaşım, qardaşım,Bu torpağa qan damlatsan, can bitər!Könüldaşım, məsləkdaşım, qandaşım,Yer şumlanar, toxum düşər, dən bitər,Bu torpağa qan damlatsan, can bitər!
Ala bilməz nə müxənnət, nə yağı,Qeyrətimdi millətimin dayağı.Palıd durar sal qayalar sayağı,Çinar qalxıb zirvələrlə tən bitər,Bu torpağa qan damlatsan, can bitər!
Bu torpaqdı, hey yoğrular, yapılar,Hər qarışı məbəd kimi öpülər.Haqqın sözü cərgələnər, səpilər,İnsaf bitər, iman bitər, din bitər,Bu torpağa qan damlatsan, can bitər!
Düşmən sayar hər yamanı, hər bədi,Tutduğu yol haqsızlığa zərbədi.Hər məzarı bir müqəddəs türbədi,Bu torpağa qan damlatsan, can bitər!
Dağlarından dözüm alıb sehrimiz,Sinəsində ruhum naxış, qəbrim iz.Qucağında çiçək açar qəbrimiz,Bu torpağa qan damlatsan, can bitər!
Aya, günə tən yeriyəm dünyanın,İşığıyam, dan yeriyəm dünyanın,Bir tükənməz dan yeriyəm dünyanın,Kim becərsə, şöhrət bitər, şan bitər,Bu torpağa qan damlatsan, can bitər!
Ondan ayrı saçlarıma dən düşər,Bulud enər, gözlərimə çən düşər,Hansı alma budağından gen düşər,Hansı budaq gövdəsindən yan bitər,Bu torpağa qan damlatsan, can bitər!
Amanımı payız kəsər, qış qırar,Ruhum yenə “Vətən” deyib qışqırar.Hər zərrədən şəhid qanı fışqırar,Bu torpağa qan damlatsan, can bitər!
Hədər yerə vaxtı, anı itirməz,Canda ruhu, ruhda canı itirməz,Öldürsə də Zəlimxanı itirməz,Sabah yenə xan göyərər, xan bitər,Bu torpağa qan damlatsan, can bitər!
İstanbul, 1994, yanvar
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qan-damlatsan-can-biter
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən səni yandırdım, nə gördüm, ey şam,Gördüm alovunu, istini gördüm.
LəyaqətSalonlar görmüşük biz, buz nəfəsli salonlar,Bir nakəsi mədh edib, öyüblər, əl çalmışıq.
Sandal gəmiyə döndüYelkənim açılır, qara yel, əsmə,*Mənim bu dəryada bir sandalım var!*
Qoruyun insanlarıKəlməsindən bal damar dili ballar içində,Özü də müdrikləşər ağsaqqallar içində,
Başqa şairlərin şeirləri · Vətən
Oldu cüdayi-vətən ömrünün gənc yaşında,Nə rütbəsi, nə böyük şan-şöhrəti var idi,
Rədd edirəm mən bu cürə azadlığı…Azadlıqdan dən vururlar neçə ildir,Aldadırıq özümüzü, özgələri…
Dilbər, nə deyim, sən kimi canan ələ düşməzDilbər, nə deyim, sən kimi canan ələ düşməz,Zülfün kimi heç zülfi-pərişan ələ düşməz.
Fərzəndani-şəbüstərYemiyək, içmiyək, boş sözlər danışmayaq,Möhtac olluq düşmənə biz egər çalışmayaq.