Ləyaqət
Salonlar görmüşük biz, buz nəfəsli salonlar,Bir nakəsi mədh edib, öyüblər, əl çalmışıq.Ağlımız kəsə-kəsə, gözümüz görə-görəQəhrəman bir oğulu döyüblər, əl çalmışıq.
Dad-tamını görmüşük hər ağrının, acının,Hər üzünü göstərib həyat ehtiyacının.Haqqa əli çatmayan neçə ana-bacınınGününü göy əsgiyə düyüblər, əl çalmışıq.
Dayan, qafil, fikirləş! Göymü yerə alçalıb,Doğrudanmı el-oba başdan-başa əl çalıb?Doğrudanmı əl çalıb qəhrəmanlar, ərənlər?!Alqışlar arxasında zülmətləri görənlər?!
Heç inana bilmirəm, inanmıram mən nəsə,Əqidə sahibləri məsləki qurban kəsə.Biləkdən üzsələr də əl çalmazdı o əllər!Dilənməzdi, enməzdi, alçalmazdı o əllər!
Başkəsənə baxmayıb baş ucaldan oğullar,Çiynində bir millətin şərəfini daşıyıb.Nə yaxşı ki, dünyada vaxtı vermədən badaMüşfiqlərim yaşayıb, Cavadlarım yaşayıb!
Sarsıdıb sındırıblar polad kimi mərdləri,Bir könül necə tutub dərya-dərya dərdləri?Yumşalda bilmədilər kəskinləri, sərtləri,Döndü dəmir yumruğa, həqiqət alçalmadı!
Tapdadılar Vətənin çörəyini, duzunu,Söndürdülər səmanın ayını, ulduzunu.Cavidlərim əritdi tayqaların buzunu,Satqınlığın önündə cəsarət alçalmadı!
Ən böyük inamları ən sərt zərbələr yedi,Duz-çörək əvəzinə aclar qəm-kədər yedi.Söyüş... təhqir... ay Allah, insanlar nələr yedi,Son nəfəsdə, son anda ləyaqət alçalmadı!
Qəbristandan keçirəm, qarşıda yüz-yüz məzar,On deyil, on beş deyil burda basdırılanlar.Qəbristana baxıram, xəyanət də qəbirdə,Kin-küdurət, ədavət, şan-şöhrət də qəbirdə.Bəs ləyaqət? Göyə bax, göydə bir qartal süzür,Qanadlarında qüdrət, baxışlarında cürət,Səmaların hakimi o qartaldır ləyaqət!Kəssən qanadlarını, qartal bəlkə alçalar,Heç bir zaman alçalmaz bir amaldır ləyaqət!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-leyaqet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Surətdə mələksən, xilqətdə insan,Yoxdur bərabərin el arasında.
İndiA bimürvət, mən ha səndən ötəriDüşmüşəm çöllərə, sayılam indi.
Müxəmməs: Qorxum bu ki canım çıxa qəmxar gəlincəQorxum bu ki canım çıxa qəmxar gəlincəCan ayrıla təndən gül və bixar gəlincə
Yenə at çapdı meydanda, qopardı toz o cananımƏl atdı, silkədi damanını, düşdü yerə canım.