Bir məclis istəyirəm,pir ozanlar məclisi,Hər dil, səs bir gülə dönə,hər söz gülüstan ola.Ya bir çay kənarında,ya bir çeşmə başında,Qərar tutduğumuzbağ ilə bostan ola.

Buğdaları səpilə,zəmiləri biçilə,Sayılanlar sayıla,seçilənlər seçilə.Ərənlərin əlindəbadələrim içilə,Hər söz saf polad kimitəmizdən, xasdan ola.

Yarada söhbətinimöcüzədən, sehrdən,Götürə mayasınıilham adlı nəhrdən.Yeriyə Xorasandan,qalxa Əskişəhrdən,Yunus gəlir deyələr,xoş xəbər dostdan ola.

Müşkülləri düzəldər,sınıq könüllər yapar,Özünü gəzən bular,haqqı axtaran tapar.

Gör nə aləm yaranar,gör nə qiyamət qopar,Qorqud əlində qopuz,dilində dastan ola.

Baxmaya yollar boyuyağan qara, yağışa,Bir ocağın başınaminbir ozan yığışa,Dünya bir ürək kimibir məclisə sığışa,Qul Ələsgər Göyçədən,Veysəl Sivasdan ola.

Tapa ölümsüzlüyün,diriliyin çəmini,Bir cənnətə döndərəhərə öz aləmini,Unuda insan oğlubu dünyanın qəmini,Söhbət nə dərddən düşə,nə də ki, yasdan ola.

Sazla, sözlə çəkələrtəbiətin rəngini,Ozan kökündə quraKainat ahəngini.Çala “Baş müxəmməsi”,çala “Təbil cəngini”,Axırda Qoç Koroğlukükrəmiş aslan ola!

2010, 22 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri