Mən səni yandırdım, nə gördüm, ey şam,Gördüm alovunu, istini gördüm.Qıymadım sübhədək əriməyinəElə ki, söndürdüm, tüstünü gördüm.Başıma dolandı Kainat, aləm,Qanadım qırıldı, qolum kəsildi.Üstümə yeridi qayalı dağlar,Elə bil hər yandan yolum kəsildi.Çox nahaq söndürdüm, çox nahaq səni,Dünyanın qəribə qanunu varmış,Yananlar vədəsiz söndürüləndəBaşından həmişə tüstü çıxarmış!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri