Gözümü yumuram, qəlbin gözüyləBöyük dünyalara göz açmaq üçün.Gözümü yumuram, qəlbin diliyləUlu dünyalardan söz açmaq üçün.

Gözümü açanda özgələşirəm,Gözümü yumanda özüm oluram.Ancaq öz içimə güvənəndə mən,Bərəkət oluram, dözüm oluram.

Ürəyin gözünü bağlı saxlasam,Lal olar qəlbimin dili, danışmaz.Ürəyi yoxdursa, ölüdür şair,Heç zaman diriylə ölü danışmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri