Yazın bir günü
Arzularım, toxuma dön,Torpağa düş, göyər bu gün!Dilə gəlməz daşlar beləGöy mamırı paltar bilibÖz əyninə geyər bu gün!Qızıl Günəş, təmiz havaÖz sözünü deyər bu gün!Bülbül bağda mənəm deyib,Cəhcəhimlə şənəm deyib,Nəğməsini öyər bu gün!Yeri, göyü qucmağa da,Qanad açıb uçmağa da,Dəyər, könül, dəyər bu gün!Arzularım, toxuma dön,Torpağa düş,Göyər,göyər,göyər bu gün!!!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yazin-bir-gunu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ana torpaq, açılanda baharın,Bürünürsən yaşıla sən, göyə sən.
DaşaltıUçqun gördüm, heyrətimdən uçundum,Məzar saydım uçurumu bu yerdə.
Üçtelli durnaSevimli şairimiz Osman Sarıvəlli öz sazını məşhur*İraq şairi Əbdüllətif Bəndəroğluna hədiyyə vermişdir*
Palıdlar olurKüləklər qopanda qaraldı qanı,Bulud göy üzündə buluda dəydi.