Əvvəlini görməmişəm dünyanın,Gümanım yox axırını görməyə.Qalayını görmüşəmsə bəsimdi,Meylim yoxdu paxırını görməyə.

Söhbətiyəm pərdələrin, simlərin,Sirdaşıyam ötüb-keçən dəmlərin.Yaranmışam sevinclərin, qəmlərin,Yüngülünü, ağırını görməyə.

Ürəyimdə bir dünyalıq məhəbbət,Yormaz məni nə ayrılıq, nə həsrət.Axtardığım həqiqətdir, həqiqət,Can atıram axır onu görməyə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq