Dərdi dağılmasa, dağılar ürək,Bilirəm dərd əhli niyə danışır.Biri qismətini yerdə axtarır,Biri arzusunu göyə danışır.

Daşıyır ağrını, çəkir acını,Bir sözdə axtarır son əlacını.Kimi saz eyləyir tut ağacını,Kimi qamış tapır, neyə danışır.

Çəkmişəm dağların daşı çəkəni,Dağ çəkməz gözümün yaşı çəkəni.Bədbəxt o kəsdir ki, başı çəkəniQanana danışmır, keyə danışır.

2002, 31 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri