Qocatəpə camesində
Qocatəpə camesi... namaz cümə namazı,Tanrı ibadətində qırx min adam var, azı.İlk dəfə silkələndi qəlbim, ruhum, varlığım,Əyilmək, taleyimə mənim minnətdarlığım!Əyildim ucalığa qırx min adamla birgə,Ulu bir intizamla, dürüst nizamla birgə!Əyilməz türk övladı nə sultana, nə şaha,Əyilməz türk övladı nə zora, nə silaha!Əyilir bu gün ancaq,Ayağının altındakı müqəddəs bir torpağa,Başının üstündəki uca, qadir Allaha!Türk oğlu nə düşmənə, nə bir yada əyilər,Əyilsə, əqidəyə, etiqada əyilər!Türk oğlu dizə çökməz diz çöksə dağlar belə,Acı zəhərə dönsə, ən şirin çağlar belə!Diz çökür bu gün ancaq,Ən qədim bir millətin yenilməz inamına,Çatır burda ürəklər arzusuna, kamına.Dilimizə dad verir Quranın hər ayəsi,Haqqa tapınmaq olmuş insanlığın qayəsi!Bizi haqqa bağlayır göyə açılan əllər,Dumduru düşüncələr, tərtəmiz, saf əməllər!Dilimdə xeyir-dua şeirimi yaza-yaza,Çağırıram dünyanı haqq yolunda namaza,Çağırıram dünyanı Türk yolunda namaza!!!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qocatepe-camesinde-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Dila, etmə təvəqqe rastguluq qanda qalmışdır,Qərinə özgədir, onlar keçən dövranda qalmışdır,
Uzun dəryaBəh-bəh, kənə bu çay nədəndir? Bu yəqindir ki, bunun əslini Allah yaradıb xəlqə, vəli Kızlı imiş tapdı bu dürri-ədəni, xarici məzhəb.Edib afaqə huveyda, salıb aləmlərə ğovğa qılıb hər işrəti icad eyləyib, Çayi-Xətanı adını qoydu Xətayi, belə pərmikər xətadır bu xətayı.
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
20 yanvarHaqq deyib, haq dilədi haqqa tapan yurddaşlar,Haqq deyən milləti susdurmaq olarmı tankla?!