Mən bir dəli dağ çayı,sən bir sahilsiz dəniz,Gecə-gündüz qoynunaaxacağam mən sənin.Açan arzularımı, gümüşü sularımı,Muncuq kimi boynunataxacağam mən sənin.

Mən bir ərköyün aşıq,axıb dolmusan qana,Buludum, yağışımsan,səninlə gəldim cana.Gözlərimi heç zamançəkmərəm səndən yana,Gözlərinə ürəkləbaxacağam mən sənin.

Çay dənizə bağlıdır,dəniz çaya, yer göyə,Kainat nizamdadırbu bağlılıq var deyə.Gələcəyəm yanınadaşlara dəyə-dəyəHəmişə əllərinisıxacağam mən sənin.

2010, 20 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar