Bədbəxtlik
Nədi bu hay-həşir, nədi bu qarğaşa,Dilini kim öyrədib söyüşə,Dodağını kim öyrədib qarğışa,Ağzını kim öyrədib aha,Səni kim batırıbbu boyda günaha?
Sənin gözlərindəÇiçəklər hamısı qanqaldı,Güllər hamısı tikan.Hamı cəhənnəmlikdi,Yoxdu bir cənnətməkan.Sənin gözlərindəİnsanlar hamısı ayıdı,Qayalar hamısı kaha,Səni kim batırıbbu boyda günaha?
Təzə heç nə yoxdumu,Dünyanın lap axırıdımı,Qızılı, gümüşü yoxdumu torpağın,Qalan elə qazanın paxırıdımı?Hər şey ucuzlaşdımı,Qalmadımı dünyada nəsəÇəkidən ağır, qiymətdən baha,Səni kim batırıbbu boyda günaha?
Ağa qara dediyin yetər,Bütövə para dediyin yetər,Sağlama yara dediyin yetər,Bulaşma ləkəyə, bulaşma çirkaba,Tüpürmə yediyin qaba.Nifrətə, xəbisliyə,Yamanlığa, pisliyə,Bəsdir, nöqtə qoy daha.Bir də soruşan olmasınSəni kim batırıbbu boyda günaha?
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-bedbextlik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Anamın yanında iki sözü işlətməkdən həmişə çəkin -mişik: “sürgün” və “yetim” sözlərini. Bu sözlərdən bi -
Yerindən oynadı oğuz elləriYenə biz-biz oldu başımda tüklər,Sürgünə kim getdi – türk oğlu türklər.
Ulusa səslənişFərman padşahındı,dağlar bizimdi.Dadaloğlu
Ozan evi, saz eviUstadlara, ozanlara “Ozan-aşıq” evinin*lazım olduğu haqda həmişə fikirləşmişəm. İndi*
Başqa şairlərin şeirləri
Səbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.
Şirazlı şair Xoca HafizSəni “Xoca” qəzəllərin odladı,Yoxsa türkün gözəlləri odladı?
برد دزدی را سوی قاضی عسسخلق بسیاری روان از پیش و پس
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat