Yenə biz-biz oldu başımda tüklər,Sürgünə kim getdi – türk oğlu türklər.Yerindən oynadı Oğuz elləri,Obamız, elimiz sürgünə getdi.İlanlı çöllərdə zəhər qatdılar,Bal kimi dilimiz sürgünə getdi.Pas tutdu, korşaldı xarabalarda,Kəskin yaddaşımız sürgünə getdi.Ən böyük kişimiz, ən mərd oğlumuz,Papaqlı başımız sürgünə getdi.Örüşdən malımız, dağdan ilxımız,Yaylaqdan sürümüz sürgünə getdi.Qırıldıq, töküldük, yandıq, yaxıldıq,Ölümüz, dirimiz sürgünə getdi.

Türk öz torpağını, məmləkətini,Basır öz bağrına doğma anatək.Erməni iştahı uzanıb gedirVana, Ərzuruma, Ərdahanadək.

Vaxtında dişini qıran olmadı,Şirə var düşmənin dilində, şirə.Bu gün də göz dikib quduz köpəklərİqdıra, Sivasa, Diyarbəkirə.

Gümrü, Cəlaloğlu, Göyçə, Ağbaba,Yüz ildi sürgünə, talana gedir.Bulanan suları durultmaq olmur,Suyumuz bulana-bulana gedir.

Fələk yediyini yedi, neyləsin,Sürgün dediyini dedi, neyləsin.Zamanın bu boyda çaxnaşmasındaZəngəzur neyləsin, Vedi neyləsin.

Boğma boğazından çıxsın düşmənin,Ələ nə keçdisə boğmaladılar.Beşikdən bələyə, iynədən sapa,Yıxdılar, yaxdılar, yağmaladılar.

Ağrılar verdilər Ağrı dağına,Elin çəkmədiyi ağrı qalmadı.Oğulun, uşağın, gəlinin, qızınŞişə taxılmamış bağrı qalmadı.

Bir durna qatarı yaralı getdi,Uçdular getdilər Dərələyəzdən.Keçidlər dar oldu, uçrumlar dərin,Keçdilər, getdilər Dərələyəzdən.

Millət oğulları millətdən oldu,Dövlət oğulları dövlətdən oldu.Bizə nə oldusa həsrətdən oldu,Köçdülər, getdilər Dərələyəzdən.

Tanrının amansız bəlası gəldi,Bu yeddi oymağa, yeddi basara.Allahmı qarğadı, bəndəmi dəydi,Qafana, Mehriyə, Vedibasara.

Qıvrılır, qovrulur içimiz bizim,Bu gün də dayanmır köçümüz bizim.Sizə səslənirəm, haqq şairləri!Millət şairləri, xalq şairləri!

Vətən şairləri, el şairləri!Çiçək şairləri, gül şairləri!Yazın, bu millətin içindən yazın,Sürgünündən yazın, köçündən yazın.Uçmuş yuvasından, yurdundan yazın,Dəvələr çəkməyən dərdindən yazın.Yurdun sağalmayan ağrılarınıYurdun torpağına, daşına yazın.Yazın, kitabların ön sözü kimi,Yazın, ürəklərin başına yazın.Şair hayqırmasa millət qaynamaz,Hayqırın bu dərdi, haqq şairləri!Tarixdən süpürün, yaddaşdan silinHər cürə namərdi, haqq şairləri!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən