Bir dünya gözəli çıxdı yollara,Şehli dodağında gül gülümsədi.Boylanıb baxanda duru sulara,Ləpə pıçıldadı, göl gülümsədi.

Xoş xəbər yayıldı doğma ellərə,Sevənin sevinci döndü sellərə.Küləklər toxundu qara tellərə,Meh bəxtəvər oldu, yel gülümsədi.

Dünya gözəlləşdi gözəl güləndə,Gözəl danışanda, gözəl güləndə.Əl üzə dəyəndə, üz-əl güləndə,Nurlu təbəssümlə el gülümsədi.

2006, noyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən