Yeriniz yaman görünür
Bu yol sona varan deyil,Hər yanı duman görünür.Aşırımlar sınağında,Çətin bir zaman görünür.
Gözüm gördü hər həkəti,Tərsinədi hərəkəti.Göyə çıxıb bərəkəti,Nə din, nə iman görünür.
Canımıza canlıq deyil,Nökərlikdi, xanlıq deyil,Dünya qəzəlxanlıq deyil,Nə qəzəl, nə xan görünür.
İsti yurdum-yuvam hanı,Ağır elim, obam hanı.Qan yatırdan babam hanı,Hara baxsan qan görünür.
Pələng ürəkli kişilər,Qaya kürəkli kişilər,Duzlu-çörəkli kişilər,Yeriniz yaman görünür.
2000, 14 fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yeriniz-yaman-gorunur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
جز به مدحت ده زبان چون غنچه سوسن نیم
Qəzəl: Dutar ahəngi-mütrib çün dili-pür-iztirab oynarDutar ahəngi-mütrib çün dili-pür-iztirab oynarMəgər bilməzmi kim dəfsiz bu sər-məsti-xarab oynar
Yandırdın MəniYanasan yanasan yandırdın məniSən də mənim tək yanasan könül
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.