Öyünürdü, öyünür,öz xalqının adıyla,Öyünürdü bu xalqınböyük istedadıyla.Onun üçün dünyadaƏn böyük şərəf idiazərbaycanlı olmaq,Həmişə mərd, mübariz,həmişə canlı olmaq.Hər dəfə ucalırdıgöyün yeddi qatına,Xalqın adını çəkib“Azərbaycanl” deyəndə,Saf poladdan tökülmüşheykələ bənzəyirdiAzərbaycan eşqinəvətənə “canl” deyəndə.

Bilirdi bu torpağınnələr keçib başından,Sular göl-göl olubdugözlərinin yaşından.Oğulları, qızlarıgüllələrə yem olub,Sərvəti çox olsa da,son qazancı qəm olub.Hansı dağa əl atsan,altından qızıl çıxıb,Mənim qızıl baxtımıqara pula döndərənNə qədər yağı çıxıb,nə qədər rəzil çıxıb.Ən güclü tufanlaradağ kimi gərib sinə,Yenə dözüb, dayanıbƏn acı tarixlərinən ağır zərbəsinə.Çox olsa da yer üstəöldürənlər, ölənlər,Çox olsa da bu yurduböldürənlər, bölənlər,Öldürə bilməyiblərmilləti millət kimi,Qalıb adı, ünvanı,Qalıb yeri, nişanıTarixlərə həkk olanböyük həqiqət kimilOna görə deyirdiqürurla, iftixarla,ən böyük bir vüqarla:“Nağıllı, əfsanəli,şeirli, dastanlıyam,Həmişə fəxr etmişəm,mən azərbaycanlıyamlBaşım ucadan uca,köküm dərindən dərin,Mayasını məndə gəzqədim əsatirlərin.Qobustana həkk olubnaxışlarım, izlərim,Qobustan qayasıyamlYağıların önündəƏyilməyib qamətim,bükülməyib dizlərim.Bəy kimi bəyliyim var,xan kimi xanlığım var.Bu qocaman dünyadaMənim gəncliyim olub,mənim cavanlığım var.Qorqud qocalığımsa,Babəkdir cavanlığım,Xətai qılıncıdırəsl qəhrəmanlığımlHeç kəs məcbur etməyibTanrını, İlahini,Tanrı bizə bəxş edibon üç yaşlı dahini,“Koroğlu”yam, “Sənsiz”əm,Bülbüləm, Üzeyirəm,Mən Vətəndən nə desəm,var səsimlə deyirəm.Varlığının işığıAydan, Günəşdən gələn,Adının hər mənasıoddan, atəşdən gələn,“Odlar yurdu” deyilənəbədi nişanım var,Bu adda, bu nişandaşöhrətim var, şanım var.

Od oğlu olmasaydım,Saçımdan dırnağımaatəşlə dolmasaydım,Çoxdan söndürmüşdülərişığımı, nurumu,Çoxdan sındırmışdılarsınmayan qürurumu.Tufanların əlindədidərdilər tükümü,Baltalara güc veribkəsərdilər kökümü.Günəşin işığıylabacara bilmədilər,Bac vermədim düşmənə,bac ala bilmədilər.Tufanlı dənizlərdəsərrast üzən gəmiyəm,Vətənin düzlərindəbərəkətəm, zəmiyəm.Ruhumla, nəfəsimləQoca Şərqin ən dolu,ən zəngin aləmiyəm.Yenə də ayaqdayamlMillətəm, millət kimilDövlətəm, dövlət kimilHər gün çiçək açıram,hər gün bar gətirirəmana təbiət kimilKeçmiş uludan ulu,tarix qədimdən qədim,Xalqımı, millətimiMən bütün tarix boyuuca görmək istədim.Haqqım var bu istəyə,Ən böyük ümidlərimbağlıdı gələcəyə.

Bəyli, bəyzadəliyəm,xaqanlıyam, xanlıyam,Həmişə fəxr etmişəm,mən azərbaycanlıyaml

Xalqımızın adında“çan” sözü var, “can” sözü,Canımızdan ayrılıb“Can Azərbaycanl” sözü.Neçə min il yol gəlibmuğamıyla, sazıyla,Bülbülləri mat qoyubsehrkar avazıyla.Kim danışa bilirsəAzərbaycan dilində,Demək, danışa bilərBütün dünya dilində,bütün cahan dilində.Bu dil sevgi dilidir,Anamızın dilidir,atamızın dilidir,Sevgilimizin dili,butamızın dilidir,Dünyanın ən sevilmiş,ən saf, gözəl dilidir.Misraları qanadlı,sətirləri cığalı,Dilin zərifliyidirruhumuzun sığalı.Toxumu kol-kol olmuştorpaq dilidir bu dil,Saçağı tel-tel olmuşbayraq dilidir bu dil,Kitab dili, ruh dili,əsər dilidir bu dil,Mərdlik, qətiyyət dili,kəsər dilidir bu dil.Ruh dili, can dilidir,Azərbaycan dilidirmənim danışdığım dil,Eşqinə, sevgisinəhər gün alışdığım dil.Mən bu dildən almışamruhumun mayasını,Mən bu dildən almışamgözümün ziyasını.Mən bu dilə bağlanıbarzulara çatmışam,Hər şairin eşqinəbir məqbərə yapdırıb,Hər alimin adınabir heykəl yaratmışam.Çiçəyini, gülünüürəyimdə əkmişəm,Mən bu xalqın dilindənşəhdi-şirə çəkmişəm.Azərbaycan eşqinəNeçə-neçə sınaqdanmən üzüağ çıxmışam,Güvənmişəm adına,qəlbinə, qeyrətinə,Mən ona güvənəndəÖlümlərin içindənhəmişə sağ çıxmışam.Mənə ölüm yoxdu, yox,ölümü öldürmüşəm,Sanıram səksən il yox,min il ömür sürmüşəm.Xalqım varsa, mən varam,O, məni darda qoymaz,mən onu tək qoymaram.

Neçə ki bu dünya var,Mən onun ruhundayam,qəlbində, qanındayam.Dünən olduğu kimi,Bu gün olduğu kimi,Sabah da, biri gün dəHər zaman mən onunlaDöyüş meydanındayam,hünər meydanındayamlBu xalqın məhəbbətiMəni ərlər içindəər oğlu ər elədi,Bir evin Heydəriydimbu dünyaya gələndə,Bu xalq məni qaldırıbBütün zamanlar üçünəsl Heydər elədi.Azərbaycanım kimiDiriyəm, əbədiyəm,möhtəşəməm, canlıyam,Həmişə fəxr etmişəm —mən azərbaycanlıyaml”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən