Xətrinə dəymə
Meh var, qoy sığallasın,Yelin xətrinə dəymə.Saçdı, qoy dalğalansın,Telin xətrinə dəymə.
Barmaqlarım inciyər,Əlin xətrinə dəymə.Daş-qaşdı, qoy düzülsün,Ləlin xətrinə dəymə.
Sözüm bir nəmər olsun,Dilin xətrinə dəymə.Qollarım kəmər olsun,Belin xətrinə dəymə.
Qoy çağlasın Zəlimxan,Selin xətrinə dəymə.Şairi küsdürərsən,Elin xətrinə dəymə.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-xetrine-deyme
← → düymələri ilə keçid, R — təsadüfi şeir