Qəbir üstə qalan torpaq
Qəbir üstə səpələnən torpağaGül əkilir, bar ağacı əkilmir.Bu da elə ömür-gündü, yaşamdı,Ya küknardı, ya qovaqdı, ya şamdı,Qəbir üstə topalanan torpağaTəbiətin hər ağacı əkilmir.
Hər zərrəsi göz yaşıyla sulanır,Burda torpaq axar suyla sulanmır.Gecə-gündüz bu torpağın başınaQəm dolanır, sevinc, şadlıq dolanmır.
Qəbir üstə qalan torpaq od tutar,Toza dönər, xırdalanar, qumlanar.Anaların gözləriylə öpülər,Anaların dizləriylə şumlanar.
Qəbir üstə qalan torpaq göz dağı,Qəbiristanlıq qəm yurdu, dərd ölkəsi.Bir əbədi heykəlidi həsrətin,Başı üstə başdaşımın kölgəsi!
2000, 20 avqust
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qebir-uste-qalan-torpaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
Yolunu salıbsan çeşmə başından,Qorxuram gələsən nəzərə, gəlin!
Mən yollarda öləcəyəmSəhər-səhər dan yerinə yollar yönələr,Arzunundur, ümidindir yolların biri.
Yalvarım ağaBunda kim var, dirəm, yar vəfadarım ağa,Çəkibən xəlvətə bir sirr açım əsrarım ağa,
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən