Zaman hər bir şeyi açdı, ağartdı,Daha bu dünyada gizli nə qaldı.Tökdü üzümüzün suyunu dünya,Suyu tökülməmiş üzlü nə qaldı.Qırdı ümidləri aşkar olanlar,Yenə ümidimiz gizlinə qaldı.

2009, 21 avqust

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri