Yenə bahar gəlib
Yenə bahar gəlib, torpağa bahar,Mənimsə qəlbimdə bir göynərti var.Neçə əziz dostum, yaxın sirdaşım,Qışın sınağından yaza çıxmadı.Dərd kimi göndərdi cəzanı Allah,Canımdan, qanımdan qəza çıxmadı.
Soldu yanaqları tər çiçəklərin,Qurudu budaqda şeh, arı gəlməz.Neçə payız gedər, bahar qayıdar,Mənim dostlarımın baharı gəlməz.
Qoyur sapandına, mancanağına,Bizi hara gəldi atır, yorulmur.Əcəl yaman dönüb qan çanağına,Hər gün günahlara batır, yorulmur.
Yenə bahar gəlib, torpağa bahar,Mənimsə qəlbimdə bir göynərti var.Torpağa nə qədər toxum səpildi,Göz yaşı tökürəm bitməyənlərə.Nə köməyim çatır, nə əlim yetirƏli bir tərəfə yetməyənlərə.
2000, 9 fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yene-bahar-gelib
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Dün gördüm ol nigari-tərəbnakü ərcimənd,Kafur əliylə dəstələmiş ənbərin kəmənd,
QalıncaŞikar olub əldən ələ düşməsin,Qurulmuş torlara, felə düşməsin,
GözəldirGözlərin çağlayan sevgi dəniziGörənin açılar bəti-bənizi.
Güllərin nə günahıBir yol görən, min yol dönüb baxardı,Bu güllərin vaxtı vardı, əzizim.