Sözün sirli qalasındabir möcüzə ucaldı,Böyük sözün adamıydı,böyük sözə ucaldı.Dediyi söz Haqdan gələn,İlahinin sözüydü,Bizim üçün əziz olanbir dahinin sözüydü.

O bilirdi hər söhbətinçeşidini, rəngini,Sözün üstə kökləmişdisəsinin ahəngini.Divar-divar ucaldırdıkərpic sözü, daş sözü,Başdan uca saxlayırdıbaş kəlməni, baş sözü.Gözlərinin işığıydıHaqdan gələn şairlər,Göydən enən sevinciniyerlə bölən şairlər.O bilirdi hansı əsər,hansı kitab yazılıb,Hansı sual baş qaldırıb,hansı cavab yazılıb.Niyyətindən, nəfəsindəntanıyırdı şairi,Vergülündən, nöqtəsindəntanıyırdı şairi.Gözlərindən yayınmırdıheç bir kəsin zəhməti,Öz vaxtında bilinirdionun qədri, qiyməti.Hamı ondan gözləyirdihər qayğını, diqqəti,Böyükləri böyüdürdüonun ağlı, hikməti.Sözlərindən güc alırdıən möhtəşəm kürsülər,Sinəsində çağlayırdıgur çeşmələr, gur sular.Ellər onu hər elmdənyaxşı halı bilirdi,Söhbətini dilimizinyağı-balı bilirdi.

Gördüyündən götürürdüm,şagird məndim, məktəb olMəna oydu, məzmun oydu,məqsəd oydu, mətləb olOnun üçün ən işıqlı,ən mənalı şeirdiBu vətənin hər qarışı,hər qayası, hər daşı,Şeirlərin sirdaşıydı,şairlərin qardaşıl

O bilirdi “boy boylamaq”nə mübarək kəlmədi,O bilirdi “soy soylamaq”hansı eldən gəlmədi.O bilirdi şeirimizinçəkisini, yükünü,O bilirdi qədim “Xəmsə”hardan alır kökünü.O bilirdi “can!” nə sözdü,sözdə olan can nədi,Min-min əsrə işıq salanbir “Şəbi-hicran” nədi.O bilirdi Füzulininfəryadını, ahını,Söz sultanı necə tutubTanrının dərgahını.O bilirdi şair üçünSibir nədi, qəbir nə,Cavid kimdi, həsrət nədi,dözüm nədi, səbir nə?O bilirdi Sabir üçünürəyi şişmək nədi,O bilirdi Vurğun olubxərçəngə düşmək nədi.

O, bilirdi nədən ötrüŞəhriyarı sevirdi,Şəhriyarın nəfəsindəÜzümüzə həsrət qalanbir diyarı sevirdi.O bilirdi Bəxtiyarniyə “Gülüstan” dedi?Ayrılıqdan söz açdı,dərdinə dastan dedi.O bilirdi nə vulkandıXəlil Rza vulkanı,O bilirdi nə tufandıMəmməd Araz tufanı,O bilirdi nə meydandıZəlimxanın meydanı.O bilirdi bu millətisöz qaldırır ayağalAnd içəndə şeir iləand içəcək bayrağalOna görə hava kimiciyərinə çəkirdiSözümüzün şirəsini,şeirimizin ətrini,Ona görə çox bilirdişairlərin qədrini.Nə bitəndi, nə tükənənşeiri, sözü, söhbəti,Şair, indi hünərin varo xəznədən var daşı,Şeirlərin sirdaşıydı,şairlərin qardaşıl

O, sözə güvənirdi,sözə arxalanırdı,Sözdəki uzaqgörəngözə arxalanırdı.

Dahilər dodağındasöz səngərdi, silahdı,Söz hüdudsuz zamandı,söz axşamdı, söz sabah.Dünyanı “OİT” sözündənyaratmadımı Allah?Silahı söz olanlarsınmadı, qısılmadı,Hər yerdə qalib oldu,heç zaman basılmadı.Söz ürəkdi, söz könül,söz başdı, söz beyindi,Onun uçuş zirvəsigüllələrdən yeyindi.Öndərin nəzərindəsöz Xətai qılıncı,Nəsimi inadıydı,Söz Tanrı pıçıltısı,söz mələk qanadıydı.O, şairə baxırdıSənətin peyğəmbəri,sözün Allahı kimi,O, şairə baxırdıAzərbaycan dilininsultanı, şahı kimi.Şeir ürəyin səsi,şair ər oğlu ərdi,Onun hansı məclisişairsiz ötüşərdi?Ulu sözün sehrinidüşünəndə, duyandaƏn uca zirvələrdəolduğunu görmüşəm.Onun öz tarixiydişeirin minillik yaşı,Şeirlərin sirdaşıydı,şairlərin qardaşıl

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri