Onun səsi
Hər kəlməsiAnaların laylasıtəkürəklərə yatan kişi,Səksən yaşda şəhidliyinzirvəsinə çatan kişi,Hər sözünüDüşmənlərin cərgəsinəGüllə kimi, mərmi kimi,silah kimi atan kişi,Sevgisiylə nur selitəkkönüllərə axan kişi,Qəzəbiylə baxışlardaşimşək kimi çaxan kişi,Sınıq-salxaq körpülərisağ-salamat keçən kişi,Nişan alıb hədəfinidoğru-düzgün seçən kişi.Ordu, qoşun, mərmi, silahbir ürəyə yerləşəndə,Onu görən izdihamlaryumruq kimi birləşəndə,Rəqiblərin silahınıəllərindən aldıranda,Gur səsiylə salonlarıayaq üstə qaldırandaBilirdilər, görürdülərBu məğrur səs,Bu gur nəfəs,Yeri, göyü qucaqlayanSonsuz həvəsBir nəfərin işi deyi!Bir Ali Baş Komandanın,Bir əsgərin işi deyi!Elin gücü, yelin gücü,selin gücü, əlin gücü,Səs verirsə həmin səsə,Sığışmırsa dar qəfəsə,Bu, Allahın hikmətidir,bu, bəşərin işi deyi!Yeddi yerə xidmət edib,üzə maska geyənlərə,İçi qarpız qafalarıboş-boşuna öyənlərə,Yeddi cildə, yeddi rəngə,yeddi rola girənlərə,Sürtülmüş bir qalay kimiüzü üzlər görənlərəQılınc kimi sıyrılırdıqətiyyəti,Bildirirdi qəzəbiniaydın, qəti:“Mövqeyini açıq bildirlBaş açmıramSən getdiyin hansı yoldur,Danışdığın hansı dildir?Danışanda mızıldama,Mövqeyini açıq bildirl”.Öz mövqeyi göylər kimiaydın idi,Qılınc kimi kəskin idi.Böyüklüyü qarşısındaÇox “böyüklər” cılız idi,xırda idi, miskin idi.Ürəyində öz xalqınınağrıları, əzabları,Ürəyində ağrı dolusualları, cavabları,OxumuşduHər sətrinə, cümləsinəqan çilənmiş kitabları.Dağ çəkməzdi,Gəmi, qatar daşımazdıo çəkən iztirablarılƏn dəhşətli tufanlarasinəsini gərmişdi o,Millətinin ən ağrılıgünlərini görmüşdü o.Dövlət adlı bir sarayıKərpic-kərpic ucaltmışdı,divar-divar hörmüşdü olBu sarayın bünövrəsiAxı niyə dağılmalı,axı niyə uçmalıydı?Hamı onun qurduğunuHəyat kimi qorumalı,bala kimi qucmalıydı.Səs qalxırdı ürəyindəndalğa kimi, tufan kimi,Qabarırdı, çəkilirdiümman kimi.Səs deyirdi:— Mən qoymaram kimsə gəlibtəhqir edə millətimi,talan edə sərvətimi.Mən qoymaramyadlar gəlib viran qoyacənnətimi.Azərbaycan ancaq özüqoruyacaqNamusunu, qeyrətini,dövlətini, millətini!Səs deyirdi:— Mən bu xalqın ürəyindəsarı siməm,Mən uluyam, mən qədiməmlHeç bir qüvvəməni yoldan döndərəmməz,ocağımı söndürəmməz.Öz yolumda öz qatarımçıxıb yola,Tarix deyir:— Uğur olal Uğur olalMənimkidi hava yolu,dəniz yolu, dəmir yolu,Yarı yolda qoymaz mənisabahlara doğru gedənömür yolulSəs deyirdi:— Yurdam, evəm, aşiyanam,Qayğınızı öz çiynimdədaşıyanam.Sizi nurtək yaşadanam,Sizin ilə sonsuzluğaçatanadək yaşayanam!Səs deyirdi:— Mən bir diləm,Azərbaycan ətri verənana dili,Beşik dili, layla dili,məna dili.Süleymanın anladığıquş diliyəm,Zəhmət dili, qayğı dili,iş diliyəm,Torpaq dili, toxum dili,xış diliyəm.
Səs deyirdi:— Düşmənçilik toxumunuköklərindən qoparanam,Qəlbinizə dəyən olsaDalğa kimi hayqıranam,Dəniz kimi qabaranam,Eşqimizi bayraq kimisabahlara aparanamlMən bu yurda keşikçiyəm,Bu torpağa gözətçiyəm.O xəzinədə nələr varsa,mənə güvən.Apar, atam, apar, anamlSəs deyirdi:— Mən şöhrətəm, mən dövlətəm,Qələbəyəm, qətiyyətəmlAzadlığın, istiqlalınməbədiyəmlTarix kimi möhtəşəməm,dünya kimi əbədiyəm!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-onun-sesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.
Ağbaşlar içtimainin qətnaməsiŞükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.
Neftin dastanıQara neftim, qara neftim,Sən bu yurdun cövhərisən!
KimdiAy ağalar ay qazılarGöy çadırda duran kimdi