Halallar bilər
Körpə doğuşudu şeirin doğuşu,Halal doğulan var, bic doğulan var.Hər halal doğuluş bir şahlıq quşu,Haram toxumlardan gic doğulan var.
Göz görməz, dil dinməz, qulaq eşitməz,Nə korlar, nə karlar, nə lallar bilər.Şeirə haram qatdı haramzadalar,Halalın qədrini halallar bilər.
2006, sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-halallar-biler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bağların bar vaxtı gəl
Yazda gələ bilmədin,Bağların bar vaxtı gəl.
Yaxşidür (Qadir məvləm...)Qadir məvləm qələmində buyurmişPis dünyayi gözdən atsan yaxşidur.
یکی پرسید از سقراط کز مردن چه خواندستی؟بگفت ای بیخبر، مرگ از چه نامی زندگانی را؟
Ata öyüdüEy oğul, böyüdün kamala çatdın;Çalışdın, səyinlə bu hala çatdın.