Leysan kimi tökülərəm,yağış kimi yağaram,Günəş olub hər səhərdan yerindən doğaram.Bütün qaranlıqlarıöz əlimlə boğaramSənin adın gələndəl

Danışan dilim deyil,saf ürəyim danışır,Təmiz arzum, niyyətim,saf diləyim danışır.Keçmişim işıqlanır,gələcəyim danışırSənin adın gələndəlSusan hörmətlə susur,dinən hörmətlə dinir,Zaman möhtəşəm olur,tarix hörmətə minir.Buz bağlayan ürək dəalovlanır, isinirSənin adın gələndəl

Hər şey sevgiyə dönür,məhəbbətə çevrilir,Ən böyük arzular dahəqiqətə çevrilir.Tayfa dönüb xalq olur,xalq millətə çevrilirSənin adın gələndəl

Tanrıdan nə gəlirsə,bütöv gəlir, tam gəlir,Sevib-sevilənlərəşərbət gəlir, cam gəlir.İnamsız olana daHaqdan bir inam gəlirSənin adın gələndəl

Əbədiyyət də, an da,hər saat da mənimdi,Bu varlıq da, işıq da,bu həyat da mənimdi,Yer, göy də, asiman da,kainat da mənimdiSənin adın gələndəl

Adın mənim əsrimin,zamanımın sürəti,Adın mənim ömrümünmüddətsiz bir müddəti.

Qucaram qollarımlaqocaman təbiətiSənin adın gələndəl

Güc gəlir, təpər gəlirqollara, qanadlara,Şöhrətindən pay düşürdoğmalara, yadlara.Nur düşür, işıq düşürgör nə qədər adlaraSənin adın gələndəl

Canımda neçə ürək,gör neçə can birləşir,Can cahana çevrilir,cahanda can birləşir.Bütün damarlarıylaAzərbaycan birləşirSənin adın gələndəl

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri