Bacım qızı Fəridəyə

Durur ayrıldığım kölgəli çinar,durur Gəncədəki bizim institut.Xəyalım bir yerdə tutmadı qərar,illəri andırdı bir anlıq sükut.

Neyləyim, unutmur insan ürəyi,yaşadım dünyada könlü yanıqlı.Düz dörd il geyindim köhnə pencəyi,qolu gödək oldu, boynu yamaqlı.

O pencək saxladı məni soyuqdan,doğru danışmağı çoxu ar bilir.Əynindən çıxardıb vermişdi atan,heç kəs bilməsə də, qonşular bilir.

Bəzən ac da qaldım, daha nə danmaq,danışıb gülməyə könlüm olmadı.Şerim qəzetlərdə çap oldu, ancaqbir qəzet almağa pulum olmadı.

Lakin bu dərdimi bilmədi heç kim,mən bildim dərdimi sevincin, qəmin.Arabir xəlvəti baxıb sevindim,təzə yamağına köhnə çəkmənin.

Gülmə, görməmisən o sevinci sən,xoşbəxt böyümüsən, xoşbəxt ol, anam.Bir də bilirsənmi mən o sevincdən,dünyada heç kəsə arzulamıram.

Oldu sevincim də, oldu qəmim də,bir tələbə qıza könlümü verdim.Onun hər sözünü öz aləmimdəseminar dərsitək əzbərləyirdim.

Deyirdim, nə qədər baha olsa da,gərək üzük alım, bu bir adətdir.Ancaq avtobusun keçib yanından,piyada gedirdim dərsə arabir.

Qoy indi ağrısın vicdanı varsa,girdi aramıza onda bir nəfər.Bir gəncin taleyi alt-üst olursa,ağırdı, dağılan ailə qədər.

Fikir ver hökmünə sən misalların,deyir, su quyunun dibində olur.Hayıf ki, ürəyi bəzi qızlarınbaşqa oğlanların cibində olur.

Qoy bir söz də deyim çıxartma yaddan,bu da necə deyər, bir məsləhətdi.Çalış ki, əvvəlcə yanılmayasan,təəssüf ikinci məğlubiyyətdi.

Ömrün yolları da pilləkan kimi,gendən uzaqlara lap çox baxmışam.Mən o pillələrlə bir insan kimigör ki, necə gəlib, necə qalxmışam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri