Azərbaycan gözəlinə

Heç bilirsənmi,səndənHəcər olardı, HəcərBelində gümüş kəmər,kəmərin üstə xəncər,çiynində bir “aynalı”.

Sən bundan daha gözəl,Bundan daha mənalı!

Sənin Nəbin olardım,vuran qəlbin olardım.At üstə atdanardıq,ürəkdən şaddanardıq,səngərə yatışardıq,atışar, atışardıq,qaynayıb-qatışardıq.

Necə dəmlər olardı,Necə sevinc görərdik,necə qəmlər olardı!Gör, nə deyir o gözlər,deyir: nə xoş olardısənlə döyüşə getmək,görüşə getmək qədər.Sənin qolların üstdəyaralanmaq, sağalmaq –ah, səadət, budur, bax!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri