Qol-qola yeriyir iki mehriban,oğlan ərk eləyir, qız naz eləyir.Dəymə sən onlara Ulu Yaradan,dünyanı dünyada taraz eləyir.

Nə qədər şeytan var, nə qədər məmur,nə qədər qarışıb kiçik bir ölkə.Onların heç nədən xəbəri yoxdur,xəbərsiz gedirlər Səndən də bəlkə!

Bir daş ağrıtmasın ayaqlarını,büdrəsə, qolundan mən tutum, Allah.Bir az ürəyimin ağrılarını,bir az Şeytanları unudum, Allah.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri