“Necəsiniz?” –xəbər alıro qız məni hər görəndə.Mənim də dilim açılırdili dilavər görəndə.

O qədər qaş-qabaq gördüm,baş yerində ayaq gördüm.Ürəyini mən pak gördüm,üzünü gülər görəndə.

Söz deməmiş, fikri duyan,ürəkdi ürək oxuyan.Oyan deyir, şair, oyan,qabağında şər görəndə.

Bir az birtəhər oluram,bir az xoşxəbər oluram.Bir az bəxtəvər oluram, –belə bəxtəvər görəndə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri