Bir ömür sürdün, şair,özündən ixtiyarsız.Ölənə – sədaqətlə,qalana – etibarsız.Yalvardın bir məzara,o susdu, sən oxudun.Dilavər qadınlarınqabağında lal oldun.Sənə könül verdilərürəkdən yana-yana.Sən könül əvəzinəvəd verdin çoxlarına.Məcnun Leyli deyirdi,Kərəm Əsli deyirdi,həyatı səsləyirdi.Sən – məzarı çağırdın,heçlikdən səs istədin.Bildin ki, o hardadı,yenə hardasan? – dedin.Bir ömrü verdin bada,yorulmadın hələ sən:“Allah, Allah, bu dünyanə soyuqdu!” – deməkdən.

12.02.98

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri