Gözlərimiz kor olur
İşləmək üçün yazı masasının arxa sınakeçdim. Eynəyi gözümə taxanda iki yaş lınəvəm Zəlimxanın səsini eşit dim: “Baba,sən korsan?” Uşaqlara məx sus gözlə nil məzbu sual məni ye rim dən oynatdı. Xəya lımməni uzaqlara apardı. Gözlərimin aza lannu ru nu və nəvəmin sualının cava bınıaxtarmağa başladım.
Körpə balam, hardan gəldi ağlına,Bu suala cavab vermək zor olur.Daraldıqca cavanlığın meydanı,Baxışımız duman olur, tor olur.
Suallara, cavablara veririk,Dağdan ağır əzablara veririk,Nurumuzu kitablara veririk,Kirpiyimiz kül qarışıq qor olur.
Keçdiyimiz yoldan, izdən başlanır,Aşdığımız dağdan, düzdən başlanır.Mənim balam, ölüm gözdən başlanır,Əzəl-axır haq yerimiz gor olur.
Ömür keçir, möhlətini bitirir,Karvan gəlir, son mənzilə yetirir,İşığını itirdikcə itirir,Yavaş-yavaş gözlərimiz kor olur.
2010, 15 mart
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-gozlerimiz-kor-olur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Kəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
Daha kimə inanasanİnamların çıxdı puça,Daha kimə inanasan?..
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
İstəməzSevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməz