Dalğanı dənizdən,qumu səhradan,Zərrəni Günəşdənayırmaq olmaz.Ulduzu qoparıbgöyün üzündən,İşığı atəşdənayırmaq olmaz.

Ləngəri buluddan,axarı seldən,Sərtliyi qayadanayırmaq olmaz.İnsan ürəyini,insan qəlbini,Eşq adlı mayadanayırmaq olmaz.

Rəngi təbiətdən,ətri çiçəkdən,Saflığı bulaqdanayırmaq olmaz.Duyğunu ürəkdən,xəyalı başdan,Nəğməni dodaqdanayırmaq olmaz.

Şairin əlinidəftər-qələmdən,Gözünü varaqdanayırmaq olmaz.

Hər sözü boy veribcücərməlidi,Ruhunu torpaqdanayırmaq olmaz.Dayaqdı söz adlısilahım mənə,Sevmək haqqı veribAllahım mənə,Məni də bu haqdanayırmaq olmaz.

2002, 10 sentyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri