Məhəbbət adamı başqadı, qardaş
Gəncliyin eşqinicanında saxlar,Ruhu da, qəlbi dəcavan adamlar.Əlli yaşında da,yüz yaşında da,Həmişə sevəcəksevən adamlar,Məhəbbət adamıbaşqadı, qardaş.
Zəriflik istəsən,çiçəyə dönər.Kövrəklik istəsən,mələyə dönər.Sığal gərək olsa,hisslərimizə,Sərin mehə dönər,küləyə dönər.Məhəbbət ruhunda,barış qanında,Basmaz qanadınıqarışqanın da,Məhəbbət adamıbaşqadı, qardaş.
Gözü qışa baxsa,qış çiçəkləyər,Dağa əli dəysə,daş çiçəkləyər.
Nəfəsi toxunsa,sal buz əriyər,Qayalar gözündəyaş çiçəkləyər.Dinəndə sevgisidinimiz olar,Ölən nifrətimiz,kinimiz olar.Çəkər işığıylaöz tərəfinə,Qibləmiz, səmtimiz,yönümüz olar,Məhəbbət adamıbaşqadı, qardaş.
Adəmin yoludu,Nuhun yoludu,Adı qəlbimizdəmüqəddəsləşən,Nə qədər müqəddəsruhun yoludu.Qorquddan, Abbasdan,Dilqəmdən keçir,Məcnundan, Fərhaddan,Kərəmdən keçir.Sevinci hamınıişıqlandırır,Dərdi dəftər olubqələmdən keçir.Məhəbbət adamıbaşqadı, qardaş.
Öydüyü el üçünpeyğəmbərləşər,Sevdiyi Əsliyə,Şirinə dönər.
Hamını qızdırarodu, alovu,Yanan ocaqlarınpirinə dönər.Yatdığı torpaq daqurduğu ev də,Millətin ziyarətyerinə dönər.Məhəbbət adamıbaşqadı, qardaş,Məhəbbət adamıbaşqadı, qardaş.
2002, 15 sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-mehebbet-adami-basqadi-qardas
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Sən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Gör nədirMən fələyin şərbətini içmişəm,Həmdəm olan, gəl halımı gör nədir,
Təzə həyat istərəmGördükcə tökülən haqsız qanları,Qandan zövq alan bu heyvanları,