İki cahanda da üzün ağ olsun,Üzağlığı gətir ağ varaqlara.En göyün üzündən bərəkət kimi,Şeirim, yağış kimi yağ varaqlara.

Günəşdən od istə, odunu versin,Torpaqdan dad istə, dadını versin,Göylərdən süd istə südünü versin,Buludu süd kimi sağ varaqlara.

İlham qanad versə şair baxtına,Dönər könül evi ruh paytaxtına.Şeirim, qaldır sözü Tanrı taxtına,Baş əysin ən uca dağ varaqlara.

2010, 22 may

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar