Dözəmmirəm təkliyinə,Mələmə, quzum, mələmə.Göy çəməni göz yaşınaBələmə, quzum, bələmə.

Nələr deyir, nələr, səsin,Dağı-daşı dələr səsin,Üstümə od ələr səsin,Ələmə, quzum, ələmə.

Yaşayırsan əsə-əsə,Diksinirsən qəfil səsə,Yalqızlığı heç bir kəsəDiləmə, quzum, diləmə.

Gözlərimə endirib çən,Saçlarıma yağdırıb dən,Ürəyimi qan eylərsən,Eyləmə, quzum, eyləmə!

1977, 18 mart

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri