Qardaş həsrəti
Ağbabalı Adil üçün
Qardaş, ağır oldu həsrətin mənə,Ürəyim ağrıda, göynəkdə qaldı.Yeriyib, yüyürüb ayaq açmadı,Körpə arzuların bələkdə qaldı.
Yetişəndə ölüm, yeriyəndə çən,Dayandın yenə də gülərüzlü, şən.Doymadın çəmənin təravətindən,Gözün güldə qaldı, çiçəkdə qaldı.
Gecələr gözlərin yuxu yatmadı,Səni çox çağırdım, səs oyatmadı.Bir hava çalmağa vaxtın çatmadı,Sazın həmişəlik köynəkdə qaldı.
1977, 11 aprel
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qardas-hesreti
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Sübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanıEy dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.