Ana Vətən, ana torpaq, ana yer,Duman səni bürüməyə qoymaram.Qara bulud çox döyməsin döşünə,Addım atıb yeriməyə qoymaram.

Nemət olub düzlərində bitərəm,Hər arzuma, istəyimə yetərəm.Daş olsam da, nəğmə deyib ötərəm,Bülbülləri kiriməyə qoymaram.

Həyat üçün deyilməmiş sözüm var,Ürəyimdə zəhmətinə dözüm var.Hər ağacın yarpağında gözüm var,Xəzəl olub çürüməyə qoymaram.

1977, 20 iyun

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar