Bu axşam çimməyin
Gecə sakit, gecə lal,Ətraf sükut içində.Göyün atlas donundaGümüş rəngli neçə xalÜzür bulud içində.Gecə beşikdə gülənBir uşağı andırır,Kəpəzin sağ çiyninəSancılıb qalmış hilalBir orağı andırır.Göydə, yerdə nə varsaSu əks edir özündə.Asiman ağ çiçəkliBir çəmənə bənzəyirGöygölün güzgüsündə.Aysa qızıl oraq təkDüşüb qalmış çəməndə.Gözləyin o oraqdanEy insanlar, çiməndə.Sabah söküləndə dan,Şəfəq tonqal qurandaGöydəki ağ buluddan,Kəndli yenə qayıdıbOrağını tapacaq,O zaman çimsəniz də,Ey insanlar, bu axşamÇimməyiniz siz ancaq.
Kitabxana.az · https://kitabxana.az/works/balas-azeroglu-bu-axsam-cimmeyin
← → düymələri ilə keçid, R — təsadüfi şeir