Bağa girdim, qəlbim açılmadı,Çəmənə üz qoydum, ətir saçılmadı.Yola çıxdım, yollar uzandı,Göz dikdim ulduzlara,Gözlərimdə alışıb yandı.Dənizlərə, çaylara atıldım,Sular qılınctək kəsdi,Dərdimi küləklərlə bölüşdüm,Küləklər canımda əsdi.Sənsizəm, sənsiz,Gözəlliyini itirir meşələr, çaylar,Yaraşığını itirir dəniz.Solur gözlərimdə çəmən,Sənsiz olanda dəyişirəm mən.

Al şəfəqli səhərlərim,Aylı, ulduzlu gecələrim,Qəlbimi yaşadan düşüncələrim,Həmişə uçan,Dişi ilə, dırnağı iləGələcəyə yol açanArzularım,Ümidlərim,Nələrim,NələrimYaşayır hələ,Qanım istidir,Gənclik, həyat eşqiQəlbimi bir an tərk etməmiş belə.Üzümü səhərlərŞehli otlara sürtürəm.Güllərin rayihəsi,Quşların ürək açan səsi,Dənizlərin həyat nəfəsi,Arzularıma verir qanad.Baxıram, necə gözəldir həyat!Ulduzlar yanır səmalarda gecələr,Otağıma boylanır pəncərəmdənDan ulduzu hər səhər,Gündüzlərim parlaq,Sevinirəm, sərvətə, şöhrətəOlmadım oyuncaq.Küləklərə qoşuram səsimi,Heç nə öldürə bilməmişHəyata həvəsimi.Torpaq mənə qarşı əliaçıq,Səma ürəyiaçıqdır.Dostlar mənə mehriban,Ağır olsa da hicran,Fərqi yoxdur,Öz aləmim var mənim,Zəngin, mənalı bir dünyam,Şeir aləmim,O, özü bir cahandır, cahan,Uzaqdır hər cür riyadan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar