Atamın böyükdü dərdi,Deyərdi:İnsanın anası gərək olsun,Yaxud bacısı.Onda tez çıxar canındanHər dərdin acısı.Biz o zamanİnciyərdik atamdan,– Niyə belə taleyindənŞikayətlənir müdam?Bəs biz, bəs anam?Bu dərdin ağırlığını sonralarDuydum, heyhat!Anamı, bacımı məndən alanda həyat.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri