Bir nəğmə itirmişəm
Bir nəğmə itirmişəm,İtən yar nəğməsiydi.O bir etibarsızınEtibar nəğməsiydi.
Vüsalı acı hicran,Gülüşü qarlı boran,Ayrılıb gedən zaman,Ürəyimi qoparan,Boran, qar nəğməsiydi.
Kədərliydi ney kimi,Ona saldım meylimi,Bir nəğmələr selimi?Füzulinin qəzəli,Şəhriyar nəğməsiydi.
Həyatın tufanında,Qarında, boranında,Ömrün hər bir anında,Ümid ağacım olan,Özü möhtacım olan,Bir dildar nəğməsiydi.
Yazıq bağbanlar kimi,Gül əkdi, xar bitirdi.Çətin tapdı gülünü,Asan salıb itirdi.Gözlənilməz, bir qəfil,İlk xəzana tuşlaşanSon bahar nəğməsiydi.
Bir ürəyin təlaşı,Ayrılığın göz yaşı,İtib, batan sal daşı,Mənə biganələrdən,Daha biganə olanBir əğyar nəğməsiydi.
Ovlayaraq qəlbimi,Uçdu göyərçin kimi.Titrək könül lələyi,Röyalarda mələyim,İstəyim, arzum olanBir nigar nəğməsiydi.
Vüsalı acı hicran,Gülüşü qarlı boran,Sevincimi aparan,Ürəyimi qoparan,Bir də geri dönməyən,İtən yar nəğməsiydi.
Bir nəğmə itirmişəm,İtən yar nəğməsiydi.O bir etibarsızın,Etibar nəğməsiydi.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-bir-negme-itirmisem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Könül bulanmaz imiş etibar olan yerdə,Qışın nə aləmi varmış bahar olan yerdə.
Oda yandırma, gülüm, sən yenə pərvanələriOda yandırma, gülüm, sən yenə pərvanələri,Yenə sövdalara salma dəli-divanələri.
Yaxın düşməz əcəl çünki ürəkdə intizarım varYaxın düşməz əcəl çünki ürəkdə intizarım var,Bir atəşgahdır qəlbim, vətənsiz ahü-zarım var.
Ətrin bənövşə ətrinə bənzər, sevimli yarƏtrin bənövşə ətrinə bənzər, sevimli yar,Hicranda şəmtək ürəyim od tutub yanar.
Başqa şairlərin şeirləri
Ta müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
MəniNədir bilməm qərib aşığın suçu?Məryəm ana olsun sizə duaçı,
TufanaBiydad! Çərxi-gərdun saldı bizi əmanə,Sənsiz dönübdü ey gül, gözüm yaşı tufanə.
Aşiq olan o türreyi-zülfi-müənbərAşiq olan o türreyi-zülfi-müənbər,Divanələr kimi düşər axırdə çöllərə.