Bəli, cəzası var hər cinayətin,Laqeydlik dünyanın ən böyük dərdi,Əllərim, gözlərim, dişim, dırnağımBu dərdi kökündən didər, didərdi.

Ürəkdə başlayır, ürəkdə gəzirÖzündə bu soyuq silah gəzdirən,Laqeydlər qəlbimi doğrayır, əzir,Etiraz edirəm laqeydlərə mən.

O, tənha yaşayır, yoxdur sirdaşı,Girəvə düşəndə ömürdən kəsir.Cinayət törədir hər addımbaşı,Hər yerdə qara bir kölgətək əsir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri