Başdan-başa qara geymiş ay gəlin,İtirdiyin oğuldumu, ərdimi?Boynu sınsın vaxtsız gələn əcəlin,Dərdin hələ təzədimi, tərdimi?

Lal dayanır, nə danışır, nə dinir,Qurumuş dil, donmuş dodaq neyləsin.Dil açmaqdan həyalanır, çəkinir,Bahar vaxtı solan yarpaq neyləsin.

Mən duyuram gözlərindən hissini,Yoxdu daha sabahına ümidi.Mən görürəm dumanını, hisini,Od ağızda yanan səhra kimidi.

Yaman olur vaxtından tez ağlamaq,Təbiətin tufanında qar gəlir.Gözəllərin sinəsini dağlamaq,Görən necə əllərindən var gəlir?

Peşman olur kim bircə gül dərəndə,Arsız kədər hər sevincə qənimdi.Bir adamı gözüyaşlı görəndə,Elə billəm bütün qəmlər mənimdi!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri