Mənim şeirim
Mənim şeirim qaranlıqlar dünyasına lərzə salıb,Azadlığın sədasını dalğa-dalğa ərzə salıb.Nizamidən hikmət alıb,Füzulidən qüdrət alıb,Nə bir dəfə əsir düşüb, nə bir dəfə cilovlanıb.Yeri gəlsə, Koroğlunun qılıncından kəskin olub,Yaralara məlhəm olub, ürəklərə təskin olub.Könüllərə axıb dolub Vaqifimin gözəlində,Gözəlləşib, min gül açıb Vahidimin qəzəlində.Hünərli bir çaya dönüb Vurğunumun nəfəsində,Çiçəklənib, bahar olub Müşfiqimin həvəsində.Mənim şeirim əbədidir, yaşamağa haqqı vardır,Bünövrəsi ulu babam Xaqanidən yadigardır!Təzə-tərdi, göy Xəzərdi, Kür, Arazdı mənim şeirim.Aşıq Ələsgər adlanan telli sazdı mənim şeirim.
1969, 14 fevral
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-menim-seirim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
رایت سلطان عید بر سر میدان رسید
Götür saqi, meyi-gülfami, doldur cami-zərrinəGötür saqi, meyi-gülfami, doldur cami-zərrinə,Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə.
چو رویت تازه گل در بوستان نیستچو مویت سنبلی بر ارغوان نیست
Mürəbbə: Bahar fəsli yaz ayları gələndəBahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları