Gözümün önündən tez getməsəydin,Göz olub baxardım yanaqlarına.Duyğular qəlbimdə çiçək açardı,Söz olub qonardım dodaqlarına.

Bəlkə, buludların arasındasan,Bəlkə, mələklərin sırasındasan,Bilsəydim dünyanın harasındasan,Səs olub çatardım qulaqlarına.

Nə hürkən ceyranım, ahum olaydı,Nə göylər yandıran ahım olaydı,Sənintək sultanım, şahım olaydı,Qul olub düşərdim ayaqlarına!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar