Sənə baxan gözlərəHər zaman qəm olmusan.Elə batıb ocağın,Ömürlük dəm olmusan.

Nə közsən, nə kömürsən,Sona çatmış ömürsən.Özün heç nə yemirsən,Yellərə yem olmusan.

Düşür qulağım səsə,Çıxmır yadımdan nəsə.Sən hansı qəbirdəsə,Əsli-Kərəm olmusan.

1975, 12 aprel

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri