Sürücüyəm
Bəhlul yaman çox sevir,Avtobusu, maşını.Oyuncaqlar, oyunlarQatır onun başını.Gizlə oyuncağını,Baxışları durulmaz.Gecə keçər yarıdan,Oynamaqdan yorulmaz.Maşından söz düşəndəElə bil artır gücü.Deyir, ata, bura bax,Sürücüyəm, sürücü.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-surucuyem
← → düymələri ilə keçid, R — təsadüfi şeir