Mənim dediklərim yerinə yetsə
Sular vurğunuyam, sular vurğunu,Su axa, mən baxam, könül nurlana.Dalğalar öpüşə sevgililərtək,Qəlbə işıq düşə, can qürurlana.
Sellər dəlisiyəm, göllər aşiqi,Sel daşa, mən coşam, sinəm qabara.Ellərlə sellərin öpüşməsindənSevənlər çöllərə xəbər apara.
Yellərin, sellərin, çöllərin ətriİnsan gözündəki nuru saxlaya.Ağlı, düşüncəni, hissi, ürəyiZirvə eşqi kimi duru saxlaya.
Mənim dediklərim yerinə yetsə,Mən ollam dəniz də, bulaq da, çay da.Günəş gündüzümə bəxtəvər deyər,Gecələr ömrümü bəzəyər Ay da.
Mənim dediklərim yerinə yetsə,Yer ollam, göy ollam, Kainat ollam.İşığı kəsilməz, odu azalmaz,Nur dolu, nur donlu bir həyat ollam.
Almaniya, Hannover
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-menim-dediklerim-yerine-yetse
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Uzun güzgü qabağındaöz-özüylə oynayan ayüzlü-
Qəzəl: İkaş eşqi ol bazicə sanmasaydımİkaş eşqi ol bazicə sanmasaydım,Ta avarə-varə axır o odlara yanmasaydım
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.