Yaraşıq.
Yer də, göy də yaraşıqdı,Duman dağın yaraşığı.Mamır daşın, gül qayanın,Su bulağın yaraşığı.
Köksüz ağlar acı-acı,Ucalıqdı başın tacı.Gövdəsi saxlar ağacı,Kök budağın yaraşığı.
Bu dünya közdü, kömürdü,Yolları daşdı, dəmirdi.Kül — qurtarmış bir ömürdü,Köz ocağın yaraşığı.
Yerə aşiq, göyə aşiq,Oda aşiq, suya aşiq,Sən də, mən də yaranmışıqBu torpağın yaraşığı.
Almaniya, Hannover
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yarasiq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə şər qarışdı, gün axşam oldu
Yenə şər qarışdı, gün axşam oldu,Necə tez gödəldi ömrü günlərin.
Həyatdan ikinci ömür istəməHəyatdan ikinci ömür istəmə,Onsuz da heç kəsə verəsi deyil.
GöyçədəKönlüm saz eşqinə yaşıl tağ atdı,Köküm Borçalıda, özüm Göyçədə.
ÜstədiYaşıl yaylaqların yayına qurban,Gözəllər yenə də bulaq üstədi.