Üstədi
Yaşıl yaylaqların yayına qurban,Gözəllər yenə də bulaq üstədi.Dili alışdıran, gözü yandıran,Alovlu nəğmələr dodaq üstədi.
Oğullar öyməli, qızlar seçməli,Güllər öpülməli, sular içməli.Yurd var, qucağına yazdan köçməli,Hər ömrün səfası bu dağ üstədi.
Yenə gözəlliyi salıram yada,Ucalır qəlbimdə min səs, min səda.Göylər taleyimə şöhrət olsa da,Mənim səadətim torpaq üstədi.
1978, 9 oktyabr Ağdam
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-ustedi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Bir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.
AğlaramŞikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
TəbrizinGör nə əcayib gülü var Təbrizin,Dil-dil ötən bülbülü var Təbrizin,
Sabir üçünNeyləyim ki, fikrim kimi qəşəng olsun nəğmələrim?Parlaq bahar səmasilə həmrəng olsun nəğmələrim?