Küsəni barışdırır
Bəhlulun ürəyinəGündə bir hava düşür.Aygünlə arasındaSaz üstə dava düşür.Aygün deyir, mən çalım,Bəhlul deyir, mən çalım.Aygün bəhanə gəzirİnciyib küsmək üçün.Ata gəlir haraya,Davanı kəsmək üçün.Özü dindirir sazı,Ucalır şən avazı.Əziz körpələriniMahnıyla yarışdırır.İnciyəni güldürür,Küsəni barışdırır.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-kuseni-barisdirir
← → düymələri ilə keçid, R — təsadüfi şeir