Torpaq məni yaman çəkir özünə
Son payızın çiçəyinə dönmüşəm,Torpaq məni yaman çəkir özünə.Kövrəklərin kövrəyinə dönmüşəmTorpaq məni yaman çəkir özünə.
Boran görmüş Lələ mənəm dünyada,Kərəm çəkən nalə mənəm dünyada.Yazıq Qərib elə mənəm dünyada,Torpaq məni yaman çəkir özünə.
Qartal çəkir, qaya çəkir, daş çəkir,Gül anamın gözündəki yaş çəkir.Fikrim hər gün doğma yurda baş çəkir,Torpaq məni yaman çəkir özünə.
Qalmır canda nə dözümüm, nə tabım,Boş hay-küydən nə tapmışam, nə tapım.Gündən-günə çoxaldıqca əzabım,Torpaq məni yaman çəkir özünə.
Görüşəndə ləzzətini çəkirəm,Ayrılanda həsrətini çəkirəm,Vuruşanda qeyrətini çəkirəm,Torpaq məni yaman çəkir özünə.
Çaylağı da, çəməni də mənimdi,Qürbəti də, vətəni də mənimdi,Bələyi də, kəfəni də mənimdi,Torpaq məni yaman çəkir özünə.
Gözdə çiskin, dağda duman çoxalır,Məndən küsən, məndən uman çoxalır,Qəbirlərin sayı yaman çoxalır,Torpaq məni yaman çəkir özünə.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-torpaq-meni-yaman-cekir-ozune
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ha yeridik tapammadıq dilini,Dumanında itdiyimiz yolların.
Dünya məni bulandıra bilmədiÖmrüm boyu baxdım duru sulara,Dünya məni bulandıra bilmədi.
İnsanVaxt olur, ox kimi çıxır yayından,Vaxt olur, yay kimi qırılır insan.
Mənim ölümüm də gözəl olacaqKiminsə başına vaxtsız yağsa qar,Ruhum oda dönər, buza çevrilər.
Başqa şairlərin şeirləri · Hicran
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
İntizarBir göyün altında gəlib görüşən,O iki taleyi bezar bizimdir.
YetmədiÖmrüm ah-vay ilə keçdi dünyada,Həsrət qaldım, əlim yara yetmədi.
DağlarKeçdim İstanbuldan, İzmirdən, Qarsdan,Gəlmişəm dolana-dolana dağlar,